Atv televiziya kanalında yayımlanan "Bizimlə dəyiş" verilişi uzun müddətdir ki,xanımlarımıza təmənnasız xidmət göstərir,onları komplekslərdən azad edir,həyata inamlarını geri qaytarır və gözəl görünmələri üçün əllərindən gələni əsirgəmirlər.
Sabahinfo.az xəbər verir ki, təsadüfi deyil ki,"Bizimlə dəyiş" komandası ən etibarlı və işinin ustası olan mütəxəssislərlə əməkdaşlıq edir.Layihənin rəhbəri uzun müddət Türkiyədə fəaliyyət göstərən,hal hazırda Baku Media Grupun direktoru Ramin Sultandır.Onun dediyinə görə amacımız Azərbaycan xanımlarını hər zaman gözəl və xoşbəxt görünmələrinə az da olsa nail olmaqdır.Biz də öz növbəmizdə bu işdə "Bizimlə dəyiş" komandasına uğurlar arzu edirik.
