Formula-1 Avropa Qran-prisinin birinci test yürüşündə qəza baş verib.
Sabahinfo.az-ın AZƏRTAC-a istinadən məlumatına görə, xəbər verir ki, trekin 15-ci döngəsində "Red Bull Racing” komandasının pilotu Daniel Rikkardo dönmə əməliyyatını uğurla yerinə yetirə bilməyib. Nəticədə onun bolidi yararsız hala düşüb. D.Rikkardonun özü isə xəsarət almayıb.