Cari ilin birinci rübü ərzində Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti
(DMX) orqanları tərəfindən 6268 nəfər münasib işlərlə təmin olunub.
Onlardan sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə
çətinlik çəkən, bu səbəbdən kvota üzrə məşğulluğu təmin olunanlar 222
nəfər olub. Həmin şəxslərin 72 nəfərini əlillər, 51 nəfərini qaçqın və
məcburi köçkünlər, 49 nəfərini yetkinlik yaşına çatmamış uşaqları
tərbiyə edən tək və çoxuşaqlı valideynlər, 20 nəfərini 20 yaşadək
gənclər, 9 nəfərini şəhid ailəsi üzvləri və digər müvafiq şəxslər təşkil
edib. Cari ilin üç ayında haqqı ödənilən ictimai işlərə cəlb
olunanların sayı 109 nəfər, DMX-nin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və
Naxçıvan şəhərlərindəki Əmək birjaları tərəfindən müvəqqəti xarakterli
işlərə göndərilənlərin sayı isə 893 nəfər təşkil edib.