Bakı metrosu üzr istədi

Bakı Metropoliteninin "İnşaatçılar" stansiyasında təmir işləri başlanıb.  Metronun mətbuat xidmətindən verilən məlumata görə, stansiyanın 1-cı çıxışında (ATS tərəfdən) 3 saylı eskalatorun əsaslı təmirinə başlanılır. Bununla əlaqədar olaraq qeyd olunan istiqamətdə 3 saylı eskalator fevralın 24-dən dayandırılacaq. Əsaslı təmirin 22 may 2015-ci il tarixində başa çatdırılması nəzərədə tutulub. Yarana biləcək narahatlığa görə Bakı Metropoliteni sərnişinlərdən üzr istəyir.