Bakıda intihar edən yeniyetmə qızların kimliyi bilindi - YENİLƏNİB

Bakıda intihar edən iki yeniyetmə qızın kimliyi məlum olub. 

Oxu.Az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, intihar edənlər Quliyeva Mətanət Elşən qızı və Səmədova Əfruz Rafiq qızıdır. 

Qeyd edilib ki, hər ikisi 2004-cü il təvəllüdlüdür və Qobu qeydiyyatındadır.

17:21

Bakıda iki yeniyetmə qız intihar edib. 

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki doqquzmərtəbəli binada baş verib.

İki yeniyetmə qız doqquzmərtəbəli binanın damına çıxaraq eyni anda özlərini ataraq intihar ediblər. 

İlkin məlumata görə, qızların biri 2004-cü digəri isə 2005-ci il təvəllüdlüdür. Onların kimliyi hələ müəyyən olunmayıb.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilir. Qızların hansı səbəbdən intihar etdiyi məlum deyil.