Bu ildən Azərbaycanın ali təhsil sistemində yenilik tətbiq ediləcək. Bu barədə təhsil naziri Mikayıl Cabbarov məlumat verib.
O bildirib ki, bu ildən ali təhsil müəssisələrinin müəyyən ixtisaslar üzrə müsabiqəyə buraxılmaq üçün minimal bal tələbi tətbiq olunacaq: "Bir sıra ixtisaslar üzrə bu gün və ya əvvəlki illərdə qəbul olunan tələbələrin topladığı bal, keçid balı, akademik bilikləri ali təhsil proqramını keyfiyyətlə mənimsəyə kifayət etmir. Tətbiq olunacaq yeniliklə akademik biliyin keyfiyyətinin qaldırılması istiqamətində addımlar atılacaq”.