Kənddən ayrılandan sonra Bakıya tərəf
irəliləyən Əjdər hara getdiyini bilmirdi. Buralar Əjdərə tamam başqa bir yer
kimi görünürdü. Bir anlıq kəndə - qoca anası Xalidənin yanına qayıtmaq istədi.
Onun qışda nə ilə dolanacağını fikirləşdi. Şiddətlə əsən külək onu bu fikirən
yayındırmağı bacardı. Daha sonra isə- mənə nə? Mən daha gəncəm. Bakıya özüm
üçün işləməyə gəlmişəm. O,özü- özünə baxar – deyə yoluna davam etdi.
Xalidə 65 yaşında, oğlu Əjdərdən başqa
kimsəsiz olan bir yaşlı qadın idi. Əjdər hələ kiçik ikən atası müharibədə həlak
olmuşdu. Əjdər şəhəri gəzib bir dükanın yanına gəlib çıxdı. Dükanın qapısının
üzərində "işç tələb olunur,” -deyə yazı vardı. Əjdərin iri gözləri dükanı
nəzərdən keçirdi. Həvəsləndi. Qapını taqqıldadıb içəri daxil oldu. Dükan sahibi
ona diqqətlə baxıb dedi:
-Deyəsən,işə
görə gəlmisən.
-
Bəli.
Dükan sahibi Əjdəri bir qədər süzüb ondan soruşdu
- Hardansan,nəçisən?
- Mən kənddən gəlmişəm,iş axtarıram.
O
əjdərlə söhbət etdikdən sonra sabah işə gəlməsini tapşırdı: Sabah burada ol və dükan işlərində mənə kömək et.
Bundan başqa bağım da var. Orada ağaclara da qulluq edəcəksən. Həe gün səhər
tezdən qalxıb çiçəkləri sulayıb,meyvələri səbətə yığıb dükana gətirəcəksən. Bu
qədər iş Əjdərə çətin gəlirdi. İndiyə qədər əlini ağdan qaraya vurmayan Əjdər
anasını xatırladı. Məcbur olub razılaşdı.
Dükan sahibi:
- Adım Rəhimdir, küçədəki uşaqlardan xəbər al,evimi göstərəcəklər...
Əjdər uşaqların köməyi ilə Rəhimin evinə çatdı. İçəri daxil oldu. Rəhimin yoldaşı Südabə Əjdərə baxıb: səni Rəhim göndərdi?
-Hə,o göndərib.
Südabə Əjdərə qalacağı yeri göstərdi.Hava qaralırdı. Əjdər bütün günü şəhəri dolaşmaqdan yorulmuşdu.Bir qədər yuxuya getmişdi ki,qpının səsinə oyandı. Qapını açanda Südabə ilə qarşılaşdı. Südabə dedi:
-Bağa gedib ağaclara baxdın?
Əjdər:
-Bu gün uzaq yol gəlmişəm. Bir az dincəlim,sabahdan bütün işləri
qaydasına salacağam.
-Sən buna bax,dincələcəkmiş.İşləməyə,yoxsa dincəlməyə gəlmisən?
Əjdər bu vaxta qədər elə bilirdi ki,bütün
qadınlar anası Xalidə kimi ürəyiyumşaqdır. İndi gördükləri artıq onu bir qədər
bu fikirdən daşındırırdı. O,tez özünü
düzəldib həyətə düşdü. Sonra bağdakı meyvələri yığıb Südabəyə verdi. Beləcə hər
gün bu işi Əjdər görməli olurdu. Bakıya gəlməyindən 6 ay keçmişdi. Əjdər
yorulmuş,taqətdən düşmüşdü. O,anasının yanına getmək fikrində idi. Səhər açılan
kimianasına məktub yazıb artıq kəndə gələcəyini bildirdi. Xalidənin ona
yalvarışlarını,anasını necə incitdiyini xatırladıqca poçt qutusuna sarı uzanan
əllər titrəyir,bədəni süstləşirdi. O,güclə məktubu poçt qutusuna salıb
fikirləşdi:
"Həyat davam edir,bəlkə,mənio bağışlayar”.
Əlbəttə ki,bağışlayar. Axı hansı ana övladını bu vaxta qədər bağışlamayıb ki?
Hə,bağışlayar.
Bir
neçə həftə keçməsinə baxmayaraq, anasından cavab gəlmirdi. O fikirləşdi
ki,yaxşısı budur, özü kəndə getsin. Ona
görə də Rəhim bəydən icazə almaq üçün dükana yollandı. O Rəhim bəylə salamlaşıb
oturdu:
Rəhim:
- Nə olub,yenə nə yorğunsan?
- Mən icazəniz olsa kəndə,anama baş çəkmək üçün izn almağa gəlmişəm.
Anam kənddə məni gözləyir.
- Rəhim:
- Nə deyək,nə vaxt?
- Elə bu sabah.
- Elə isə,sabah hazırlaş.
Səhər açılmamış Əjdər öz əşyaları ilə hazır
idi. Hava aydınlanan kimi Rəhimlə xudahafizləşib yola düşdü. Yollar ayaqlarının
altında sanki sürətlə sürüşürdü. Nəhayət,gəlib kəndlərinə çatdı. Həyət
qapılarının üstündə bir neçə kağız parçası gördü. Açıb baxmaq istəyəndə üstü toz-torpaqla örtülən öz məktublarını
gördü. Qapı isə bağlı idi.
Ana,ay ana deyə çağırdı. Yenə də çağırmaq istədi. Qonşuları Dilbər
küçəyə çıxdı. Əjdərə baxdı.
Əjdər,salam.
Əjdər:
- Salam,Dilbər xala.Anam haradadır?
-Yox,burada deyil,yəqin Sevil xalagildədir.
Əjdər:”hə,eybi
yoxdur,gedim,kəndi dolaşım,yəqin harda olsa o vaxta qədər gələr.
Dilbər utanırmış kimi:”bilirsən ,Əjdər,o
gəlməyəcək. Bilmirəm necə deyim. ən şəhərə gedəndən sonra Xalidə ana xəstələndi
və yatağa düşdü. İki ay həkimlərin səyinə baxmayaraq ölümlə mübarizədən məğlub
ayrıldı. Hə,oğul,bu həyatdır bizə səbr etmək düşür. Allah sənə də səbir
versin,”-deyib getdi.
Əjdər heç bir söz demədən yerindəd onub
qalmışdı.Onu qəhər boğurdu. Göndərdiyi məktubun gecikmiş olduğunu bildi. İndi
Əjdər atasının bir vaxtlar min bir əziyyətlə göyərtdiyi bu nəhəng çinar
ağacı kimi tək tənha idi. Güclü külək
çinarın yarpaqlarını Əjdərin üzünə tüpürürdü... Əjdər,”Kaş ölüm olmaya
idi,”-deyə küləyin üzünə tüpürdüyü bu yarpaqları axan göz yaşlarıyla
isladırdı...