Cari ilin 9 ayı ərzində ölkənin 25 sığortaçısı tərəfindən 390 milyon manat həcmində sığorta haqqı toplanılıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 51 milyon manat və ya 15,1% çoxdur.
oxu.Az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, bu dövr ərzində sığortaçıların həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə 167 milyon manat təşkil edib ki, bu da ötən ilə nisbətdə 31% çoxdur.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 42,8 manat ödəniş həyata keçirilib. Bu göstərici ötən ilin müvafiq dövrü üzrə 37,6 manat təşkil edib.