Azərbaycanın tranzit potensialının reallaşdırılması davamlı inkişafın təmini üçün vacibdir

Azərbaycanın tranzit potensialının reallaşdırılması ölkənin davamlı inkişafının təmin edilməsi üçün vacibdir.

Sabahinfo.az Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafeyev Ələt qəsəbəsində azad ticarət zonasının yaradılması üçün konsaltinq xidmətlərinin göstərilməsi haqqında sazişin imzalanmasına həsr olunmuş mərasimdə deyib.

Onun sözlərinə görə, Azərbaycan bu istiqamətdə ciddi işlər aparır və əhəmiyyətli layihələr reallaşdırır.