TƏBİB-də yeni TƏYİNAT

Respublika Pediatriya Mərkəzinin direktor vəzifəsinə Erkin Rəhimov təyin olunub.

Sabahinfo.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

    Respublika Endokrinoloji Mərkəzinin direktoru vəzifəsinə isə Dinar Qəhrəmanova təyin edilib.

    Nizami Tibb Mərkəzinə direktor müavini, doğum evinin rəhbəri vəzifəsinə Tibb elmləri doktoru, professor Fərəh Qaraqurbanlı, Respublika Dəri-Zöhrəvi Mərkəzinə direktor müavini, baş həkim vəzifəsinə Tibb üzrə fəlsəfə doktoru Rəxşəndə Əhmədova təyin olunub.