Bu gün Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı-Şamaxı yolunun 112 –ci kilometrliyində yol qəzasının baş verməsi ilə bağlı məlumat daxil olub.Adalet.az-ınnazirliyin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus "Priora" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 12:29-da başa çatıb.