"Sabah Bakının Pirallahı Sənaye Parkında Azərbaycan İnvestisiya Şirkəti və Rusiyanın "R-Farm” şirkətinin iştirakı ilə əczaçılıq məhsullarının istehsalı zavodunun təməli qoyulacaq”.
sabahinfo.Az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən VII Azərbaycan-Rusiya regionlararası forumunda Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, zavodun investisiya dəyəri 74 milyon dollardır.