Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 4 otaqlı evdə yanğın baş verib.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, evin 1 otağında ev əşyaları 10 kv.m sahədə yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.sabahinfo.az