Bakıda qadın özünü 9-cu mərtəbədən atdı - Video

Bakıda intihar hadisəsi baş verib. Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün saat 11.00 radələrində rayonun Şərifzadə küçəsində qeydə alınıb. Şəxsiyyəti hələlik məlum olmayan 30-35 yaşlı qadın özünü 9-cu mərtəbədən atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Qeyd edək ki, ötən gün də Yasamalda daha bir qadın özünü binadan atıb. [[MEDIA_0]] apa