Səhiyyə Nazirliyi Zirə qəsəbəsində (Qala yolu) qatarın taksini vurması nəticəsində xəsarət alanların durumunu açıqlayıb.
Nazirlikdən Bakupost-a verilən məlumata görə, hadisə zamanı 4 nəfər xəsarət alıb.
Onlardan 22 yaşlı qız qapalı kəllə beyin travması və
yuxarı ətrafların sınığı diaqnozu, digər yaralı 20 yaşlı oğlan qapalı
kəllə beyin travması diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına
çatdırılıblar, vəziyyətləri ağırdır.
38 yaşlı kişiyə sol qolun sıyrılmış yarası və sonuncu 33
yaşlı kişiyə sol çiyinin və sol baldırın travması ilə yerində yardım
edilib. Onlar xəstəxanaya aparılmalarından imtina ediblər.
***Bakı şəhəri, Zirə qəsəbəsində (Qala yolu) qatar taksini vurub.
Bakupost xəbər verir ki, ilkin məlumata görə hadisə nəticəsində biri qadın olmaqla ümumilikdə 5 nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov Bakupost-a
bildirib ki, hadisə ilə bağlı 12.44 radələrində çağırış daxil olub:
"Hazırda əraziyə göndərilən 5 həkim briqadası hadisə yerində işləyir.
Yaralıların vəziyyətləri ağırdır".