2 gün əvvəl Bakının Suraxanı rayonu, "Günəşli” qəsəbəsində bədbəxt hadisə zamanı ağır xəsarət alan şəxs ölüb. sabahinfo.az-ın məlumatına görə, qəsəbədəki avtotəmir sexində texniki nasazlıq səbəbindən kranla qaldırılmış avtomobil 32 yaşlı maşın ustası Seymur Qurbanovun başına düşmüşdü. Xəstəxanaya yerləşdirilən usta həkimlərin səyinə baxmayaraq, vəfat edib.Qeyd edək ki, Seymurn Qurbanov evli və üç uşaq atası imiş