Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindənverilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-150, Kiçik Qafqazın çaylarında 170-190, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-90 faizini təşkil edir.
Dekabrın 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 162 m3/s olmaqla ongünlük normanın 104 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 185 m3/s olmaqla ongünlük normanın 119 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 55 m3/s olmaqla, ongünlük normanın 73 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 56 m3/s təşkil edərək ongünlük normanın 74 faizinə bərabər olub.
Dekabrın 14-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Şirvanda 2, Salyanda 4, Bankədə 1, Araz çayının Novruzlu məntəqəsində isə 3 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 438 sm (2014-cü il dekabrın 14-də 383 sm), Şirvanda 323 sm (2014-cü il dekabrın 14-də 251 sm), Salyanda 286 sm (2014-cü il il dekabrın 14-də 235 sm), Bankədə 218 sm (2014-cü il dekabrın 14-də 207 sm),Araz çayının Novruzlu məntəqəsində isə 169 sm (2014-cü il dekabrın 14-də 142 sm) təşkil edir.