"Azərbaycan ilə Dağıstan arasında turizm zəif inkişaf edib”.
sabahinfo.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov deyib.
"Biz regionlararası turizm potensialından, demək olar ki, istifadə etmirik. Turistlərin səfərləri və hava rabitəsi üzərində işləyirik. Sadəcə, aviaşirkətlər ilk aydan gəlir əldə etmək istəyir”, - deyə Dağıstanın rəhbəri qeyd edib.