Bakı Dəmir Yol Vağzalı 2016-cı ilin dekabrında açılacaq.
Sabahinfo.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, vağzalda biletlərin satışı ASAN xidmət vasitəsilə həyata keçiriləcək: "Vağzalın ikinci mərtəbəsində ticarət mərkəzi olacaq, mağazalar tender əsasında seçiləcək".