Rabitə və yüksək
texnologiyalar naziri Əli Abbasov Azərbaycanda səfərdə olan
"TeliaSonera” şirkətlər qrupunun prezidenti Johan Dennelindin başçılıq
etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Ə. Abbasov
Azərbaycanda
rabitә vә yüksək texnologiyalar sahəsinin son illərdə ardıcıllıqla
inkişaf etdiyinə diqqət çəkərək, bu inkişafda mobil rabitə sektorunun
xüsusi çəkisi olduğunu vurğulayıb.
İKT-nin
digər istiqamətlərində olduğu kimi, mobil infrastrukturun
modernləşdirilməsinin də əsas məsələlərdən olduğunu qeyd edən nazir bu
baxımdan texniki məsələlər, eləcə də şirkətlə perspektiv əməkdaşlıq
istiqamətlərindən söz açıb.
"TeliaSonera”
şirkətlər qrupunun prezidenti Johan Dennelind də qarşılıqlı, faydalı
əməkdaşlıq prinsiplərinə söykənən münasibətlərin bundan sonra da uğurla
davam etdirilməsinə maraq göstərdiklərini bildirib.
Görüşdə,
həmçinin, "TeliaSonera” şirkətlər qrupuna daxil olan "Azercell Telekom”
MMC-nin mobil rabitə sektorunda qazandığı nailiyyətlərdən danışılıb, o
cümlədən "Bakı 2015” I Avropa Oyunlarının təşkili zamanı oyun və
təşkilati məkanların mobil rabitə xidmətləri ilə təmin edilməsində
şirkətin yaxından iştirak etdiyi bildirilib.
Eyni
zamanda şirkətin Azərbaycandakı fəaliyyətinin yeni səviyyəyə
qaldırılması üçün göstərilən səy və perspektiv planlara toxunulub, LTE
texnologiyalarının inkişaf etdirilməsi, müştəri məmnunluğu üçün
keyfiyyətin artırılması istiqamətində tədbirlərin daha da
gücləndirilməsi, "Bakı 2015” I Avropa Oyunları zamanı keyfiyyətli rabitə
xidmətlərinin təmin edilməsinin vacibliyi və digər məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.