Erməni əsirliyində olan ağbirçək ANA elə sözlər danışdı ki… Bütün Azərbaycan ağladı - VIDEO

"Dəftər qələm gətirin yazın Firəngizə deyin nənən qaldı".

Sosial şəbəkələrdə yayılmış çox təsirli və kədərli video görüntülərdə Kəlbəcərin işğalı zamanı şəhərdən çıxa bilməmiş və hal-hazırda erməni əsirliyində olan Şahxanım adlı ağbirçək qadını müşahidə edirsiniz.
Şahxanım nənə övladlarından heç bir xəbəri olmadığını deyir. O öz doğma yurdunda özünü yad bir yerdəki kimi hiss edir və onu oradan aparmalarını istəyir. Şahxanım nənənin çox təsirli sözləri eşidən hər kəsi olduqca kədərləndirib.
Videonu təqdim edirik:
[[MEDIA_0]]