"Türkiyə və Azərbaycan arasında ticarətlə bağlı 200-dən artıq sənəd imzalanıb”
E.Məmmədyarov deyib ki, Çin, Rusiya, İran kimi üçüncü ölkələr nəzərə alınmaqla, yeni ticarət sənədlərinin imzalanmasını vacib sayırıq və bu istiqamətdə İşçi Qrupuna tapşırıq vermişik. XİN rəhbəri qeyd edib ki, Çavuşoğlu ilə keçirdiyi görüşdə Azərbaycan, Türkiyə və Türkmənistan arsında üçlü formatda görüşün keçirilməsi də müzakirə olunub: "Yaxın vaxtlarda enerji və xarici işlər nazirlərinin görüşlərinin keçirilməsini nəzərdə tutmuşuq. Görüş gələn ilin əvvəllərinə planlaşdırılır. Ancaq bu görüşlər görüş xətrinə olmamalıdır, konkret nəticəsi olmalıdır".