“İslam Həmrəylik Oyunlarına hazırlıq plan üzrə gedir”

"IV İslam Həmrəylik Oyunları və "Formula-1" üzrə Avropa Qran-pri yarışlarına hazırlıq işləri qaydasında, plan üzrə gedir”. sabahifo.az-ın xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

A.Rəhimov bildirib ki, keçiriləcək idman oyunlarının hazırlıq işləri ilə bağlı heç bir problem yoxdur:

 

"Bütün işlər nəzərdə tutulan vaxtda başa çatdırılacaq”.

Xatırladaq ki, IV İslam Həmrəylik Oyunları və "Formula-1" üzrə Avropa Qran-pri yarışları 2017-ci ildə Bakıda keçiriləcək.