Kür çayının Yevlax rayonu Varvara kəndindən keçən hissəsində batan Nəsib Maarif oğlu Nəsibzadənin meyiti tapılıb.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, 27 yaxşı N.Nəsibzadənin meyiti FHN əməkdaşları tərəfindən sudan çıxarılıb.
Kür çayında batan şəxsinkimliyi məlum olub.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Kür çayının Varvara kəndindən keçən hissəsində üzərkən batan şəxs Yevlax rayon sakini, 1991-ci il təvəllüdlü Nəsib Maarif oğlu Nəsibzadədir.
Batan şəxsin axtarışları davam etdirilir.
09:15
Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinəKür çayının Yevlax şəhəri, Varvara kəndi ərazisindən keçən hissəsində birnəfərin batması barədə məlumat daxil olub.
FHN-dən verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.