Mağazalardan oğurluq etmiş 7 nəfər tutuldu

Daxili İşlər Nazirliyi ölknin müxtəlif yerlərində mağazalardan oğurluq etmiş şəxslərin tutulması ilə bağlı məlumat yayıb. Sabahinfo.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Oğuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 12-də Namiq Məcidova məxsus mağazadan pul, tütün məmulatı və ərzaq məhsulları oğurlamış Göyçay rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Elşad Hüseynov, Nurlan İsmayılov və Elvin Usubov tutulub.

 

Bundan başqa Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 5-də Qəşəm Məmmədova məxsus mağazadan 550 manat pul, tütün məmulatı, spirtli içki və ərzaq məhsulları oğurlamış Gəncə şəhər sakinləri Ramazan Allahverdiyev, Röyal Səfərov və Erik Vəliyev yaxalanıblar.

 

Səbail RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə iyunun 5-də Natiq Cabbarova məxsus mağazadan 200 manat pul, danışıq kartları, tütün məmulatı və spirtli içkilər oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tofiq Şahbazov tutulub.

 

Hər bir faktla bağlı araşdırmalar aparılır.