Metronun "İnşaatçılar" stansiyasının təmirə bağlanmış ikinci vestibülü yenidən sərnişinlərin istifadəsinə verilib.
Mərmər-qranit örtüyü dəyişdirilib, xidməti otaqlarda təmir işləri yerinə yetirilib.
30 illik istismar müddətini başa vurmuş eskalatorlar Almaniya istehsalı olan yeniləri ilə əvəzlənib .Əvvəl yuxarı qalxan 3 eskalatorun yerinə 2-si quraşdırılıb. Digərinin yerində isə daş pilləkən tikilib.
"Bakı Metropoliteni" QSC-nin sözçüsü Nəsimi Paşayevin sözlərinə görə, bəzi metrostansiyalar vaxtilə standartlara uyğun tikilməyib.
"İnşaatçılar" stansiyasının birinci giriş-çıxışı da standarta uyğun tikilmədiyindən yaxın günlərdə bu vestibül də təmirə bağlanacaq.
Hazırda təmir işi davam edən Neftçilər, Qara-Qarayev, Nizami stansiyalarının giriş-çıxışlarında da işlər yekunlaşmaq üzrədir.
sabahinfo.az "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı videomaterialı təqdim edir.
[[MEDIA_0]]