Milli Məclisə təkrar seçkilərin ilkin nəticələri açıqlandı

İyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin ilkin nəticələri açıqlanıb.

Trend-in məlumatına görə, ilkin nəticələrə əsasən, Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov 19 674 (85, 56%) səslə rəqiblərini üstələyib.

Qeyd edək ki, təkrar seçkilərdə 7 namzəd mübarizə aparıb. Səsvermədə 40 203 seçicidən 23292 nəfəri iştirak edib.

Dairə üzrə 40 məntəqənin hamısı hesabat verib.