Mingəçevir Turizm Kolleci ümumşəhər Novruz şənliyində uğurla təmsil olundu

Günlərdir ki, milli bayramımız olan Novruzu silsilə və rəngarəng tədbirlərlə bayram edən Mingəçevir Turizm Kollecinin kollektivi Mingəçevir ictimaiyyətinin kütləvi iştirakı ilə baş tutan ümumşəhər şənliyində növbəti dəfə başarıyla potensialını hər kəsə nümayiş etdirdi.

Şəhər icra hakimiyyəti başçısı Niyazi Bayramov başda olmaqla, müəssisə -təşkilat rəhbərləri, çöxsayda ziyalı , sadə şəhər sakinləri və ictimaiyyət nümayəndələrinin qatıldığı Novruz təntənəsində Mingəçevir Turizm Kolleci ən böyük təmsilçilik guşəsinə malik idi. Guşədə pedaqoq və tələbələrin yaradıcı potensialının göstəricisi olan dəyərli, rəsm əsərləri, əl işləri, qeyri adi təbii səməni kompazisiyası, tarixi məişət əşyaları və digər maraqlı nümunələr təqdim olundu. Ən əsası da o idi ki, kollektiv Novruzu pedaqoqlu -tələbəli tamamən milli geyimlərdə bayram edirdi. Bu da şənlik iştirakçılasrının diqqətindən yayınmırdı.Təsadüfi deyil ki, şəhər rəhbərliyinin kollektivlə bayramlaşması prosesi onların özlərinin də etiraf etdiyi kimi hafizələrində günün ən yadda qalan anları olaraq yer aldı.

İcra hakimiyyəti başçısı Niyazi Bayramova və onu müşayət edən şəxslərə kollec və onun təmsilçilik guşəsi barədə ətraflı məlumat verən Mingəçevir Turizm Kollecinin direktoru , iqtisad elmləri doktoru , professor Əyyub Əyyubov ən xoş bayram təbriklərini paylaşdı. Bundan sonra kollecin milli geyimli istedadlı tələbələri, iştirakçı, Qorqud ata, Bahar qızı və digər obrazlaşdırılmış Novruz qəhrəmanlarının timsalında qonaqlara salamlarını çatdırıb, şer, nəğmə və rəqslərilə xoş ovqat yaratdı.Tələbə gənclərin sərgilədiyi kəndirdartma səhnəsi yaranmış təəssüratları daha da zənginləşdirdi. Məhz bu göstərilərin və yaranmış təəssüratların nəticəsi idi ki, şəhər rəhbəri və onu müşayət edən şəxslər kollektivin ünvanına öygü dolu fikirlər söylədi.