AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin elmi işçisi, Dr. Qəndab Əliyeva azadlıq şairi Murad Əli Qureyşinin (Qaflanti) əski əlifbada yazdığı və bu günə qədər heç bir yerdə dərc olunmayan dörd dəftər əlyazmasını tapmışdır. Tədqiqatçı hazırda şairin yaradıcılığıyla bağlı araşdlrmalarını davam etdirir.