O, bizi nələrdən qurtardı?

1993-cü ilin bu günündə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin parlament sədri, sonradan isə ölkə prezidenti seçilməsi ilə müasir tariximizdə yeni bir səhifə açıldı.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisinin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə bildirib.

Millət vəkilinin fikrincə, Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan bir çox bəlalardan qurtuldu:

"Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlməsi Azərbaycanı müstəqilliyini itirmək, xırda xanlıqlara parçalanmaq, torpaqlarımızın digər dövlətlərin tərkibinə qatılması qorxusundan qurtuldu.

Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlməsi Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldı, qardaş qırğınına son qoydu, milli birliyimizin zəifləməsinə yol vermədi.

Sonrakı tarix isə məlumdur. İslahatlar, sosial inkişaf, beynəlxalq aləmdə layiqli yer tutmağımız, müstəqilliyimizin daha da möhkəmlənməsi".