Prezident İlham Əliyev Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və şəhər avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
sabahinfo.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, Sumqayıt şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan 10 milyon manat, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 5 milyon manat, şəhər avtomobil yollarının əsaslı təmiri üçün 5 milyon manat ayrılıb.