Prezident onları təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycanda multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafında xidmətlərinə görə bir qrup şəxsin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanda multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:

Həsənli Sabir Hüseyn oğlu Əliyev Füzuli Həbib oğlu Yuşvayev Simax Barux oğlu Şneor Seqal Yosef oğlu Nesterov Aleksandr Gennadiyeviç