Rusiya ən yeni beşinci nəsil qırıcısı olan "T-50-8 PAK FA " təyyarəsinin ilk uçuşunu həyata keçirib.
sabahinfo.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, sınaq uçuşu dünən Komsomolsk - Amur poliqonunda baş tutub.
Bu
barədə Rusiya aviasiya resurslarına istinadən "bmpd” bloqu xəbər yayıb.
Rusiya Müdafiə Nazirliyi hələ ki, bu barədə rəsmi məlumat verməyib.
Yeni nəsil qırıcısının keçən il keçirilən MAKS aviaşousunda nümayiş
olunması nəzərdə tutulmuşdu. Lakin son anda T-50-8 uçuş planından
çıxarılmışdı. Hərbi mənbələr bunun qırıcıların tam hazır olmaması
səbəbindən baş verdiyini qeyd etmişdi.
"Təyyarə hələ dövlət sınaqlarını keçməyib. Qırıcı Hərbi Hava Qüvvələrlərinin silahlandırılmasına qəbul edilməyib", - hərbi mənbə bildirib.
![]()
Rusiya ən müasir qırıcısını göstərdi - FOTO/VIDEO
Rusiyanın "Suxoy” şirkətinin tamamilə stels texnologiyası
əsasında hazırladığı "T-50-8 PAK FA" qırıcısı amerikanların beşinci
nəsil "F-22 Raptor” döyüş təyyarəsi və "F-35” qırıcılarına qarşı ciddi
rəqib ola bilər. Reaktivlərin yeni nəsil versiyası olan "T-50 PAK FA”lar
bəzi parametrlərə görə, hər iki Amerika təyyarəsini üstələyir.
ABŞ
Hərbi-Hava Qüvvələri kəşfiyyatının keçmiş rəisi, general-leytenant Deyv
Deptula bildirib ki, rusların təyyarəsinin göstəriciləri gözlənilməz
dərəcədə yaxşıdır. Rus qırıçıları bir neçə parametr üzrə ABŞ-ın beşinci
nəsil qırıcılarını geridə qoyur.
"Şübhəsiz ki, "T-50-8 PAK FA" qırıcısının dönmə və manevr qabiliyyəti daha üstündür, onun əla aerodinamik konstruksiyası var” - deyə amerikalı general bildirib.
General Deptula bildirib ki, "T-50-8 PAK FA" hava döyüşündə üstünlük
əldə etmək üçün daha çox optimallaşdırılıb və bu parametrlər üzrə "F-35”
qırıcısını üstələyir.
Həmçinin bir çox hərbi ekspertlər hesab edir
ki, "T-50-8 PAK FA" beşinci nəsil qırıcıların "mərkəz nöqtəsi"dir. "F-22
Raptor” qırıcılarından fərqli olaraq "T-50-8 PAK FA" qırıcıları yaxın
məsafadə döyüşə yararlıdır.