Rusiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsi ziyarətçi qəbulunu dayandırıb

Rusiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsi noyabr ayının 21-dən etibarən müvəqqəti olaraq ziyarətçi qəbulunu dayandırıb.

sabahinfo.Az Rusiya səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, işlərin dayandırılması səfirliyin konsulluq şöbəsinin fasadının təmiri ilə bağlıdır.

Şöbənin fəaliyyəti dekabrın 5-də bərpa olunacaq.

Bu tarixə qədər konsulluq şöbəsi yalnız ekstremal və müstəsna hallarda yardım göstərəcək.