Samux rayonunda bədbəxt hadisə baş verib.
Daxili İşlər Nazirliyindən BiG.AZ-a verilən məlumata görə, hadisə iyunun 10-da Samux rayonunun Qarayeri qəsəbəsində olub. Qəsəbə sakini Kamil İlyasov at arabası ilə Qoşqar çayını keçərkən araba aşıb və o, çaya düşərək boğulub.
Meyit sudan çıxarılıb.
Araşdırma aparılır.