Qubada su kanalına yıxılmış şəxsin meyiti Xaçmazda çıxarılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sabahinfo.az-a verilən məlumata görə, mayın 2-də Qusar rayonunun Mucuq-palasa kəndinin ərazisindən keçən Samur-Abşeron su kanalına yıxılmış Robert Fərzəliyevin meyiti mayın 3-də Xaçmaz rayonunun Əlməmmədoba kəndi ərazisindəki su kanalından çıxarılıb.
Faktla əlaqədar araşdırma aparılır.