TQDK imtahan rəhbərləri və nəzarətçilər üçün imtahan keçirəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) imtahan rəhbərləri və zal nəzarətçilərinin təlimat qaydalarını mənimsəmə səviyyəsinin onlayn qaydada yoxlanılmasına başlayıb.

TQDK-ın mətbuat xidmətindən Sabahinfo.az-a verilən məlumata görə, qəbul imtahanlarında imtahan rəhbəri və zal nəzarətçisi kimi cəlb olunan şəxslərin seçilməsi, onların üzərinə düşən vəzifələrin yerinə yetirmə bacarığının yoxlanılması, peşəkarlığının artırılması, imtahan təlimatını dərindən mənimsəmələrinə stimulaşdırılması məqsədilə imtahan keçiriləcək.

TQDK-nın rəsmi internet saytı vasitəsi ilə onlayn rejimdə təşkil olunan imtahanda iştirakçılara 35 test tapşırığı təqdim olunacaq. Heç bir vaxt məhdudiyyəti tətbiq edilməyəcək.