Tramp Obamaya görə jurnalisti otağından qovdu

ABŞ prezidenti Donald Tramp Obamanın onun telefonlarını dinləməsi ilə bağlı "CBS” telekanalının jurnalisti Con Dikersonun israrlı suallarına etiraz edərək, müsahibəni yarımçıq dayandırıb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, jurnalistin israrlı olması Trampı özündən çıxarıb və o, "bu qədər kifayətdir” deyərək jurnalisti otaqdan qovub.
Qeyd edək ki, bundan öncə Tramp telefonlarının Obama tərəfindən dinlənildiyini demişdi: "Obama Trump Tower”də mənim zəfərimdən öncə telefonlarımı dinlədib”.