Noyabr ayının sonuna yaxın "Xırdalan" stansiyası sərnişinlərin istifadəsinə veriləcək.
sabahinfo.Az bildirir ki, bu barədə salamnews-a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.
Onun sözlərinə görə, Bakı-Sumqayıt xətti ilə işləyəcək iki mərtəbəli sərnişin qatarının keçəcəyi bütün dəmiryol stansiyalarında təmir işləri sona çatıb. Xırdalan stansiyasi da artıq qatarı qəbul etməyə hazırdır.
Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarı ötən ilin sentyabrında istifadəyə verilib.