Azərbaycanın qarışıq döyüş növləri ustası Fərman Həsənov dünyanın ən nüfuzlu MMA təşkilatı olan UFC (Ultimate Fighting Championship - Mütləq Döyüş Çempionatı) ilə müqavilə imzalayıb.
"Sabahinfo" xəbər verir ki, Oxu.Az xəbər verir ki, idmançımızın dünyanın ən böyük oktaqonunda ilk çıxışının məhz Bakıda təşkil olunacaq möhtəşəm turnirdə baş tutacağı gözlənilir.
Bununla da UFC-də azərbaycanlı döyüşçülərimizin sayı dördə yüksəlib.
Qeyd edək ki, "UFC Fight Night Baku" iyunun 27-də, şənbə günü Milli Gimnastika Arenasında baş tutacaq.