Azərbaycan Respublikası Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Ramazan oğlu Novruzov 89 yaşında dünyasını dəyişib.
Abbasəli Novruzov 1937-ci ildə anadan olub. Uzun illər sərhəd mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışmış, SSRİ dövründə sıravi əsgərlikdən polkovnik rütbəsinə qədər yüksəlmişdir. 1994–2001-ci illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin müavini – Sərhəd Qoşunlarının komandanı vəzifəsini icra edib. Onun rəhbərliyi dövründə müstəqil Azərbaycanın sərhəd infrastrukturu və sərhəd dəstələri formalaşdırılıb. Mərhum generalın Hərbi Memorial Məzarlıqda torpağa tapşırılacağı bildirilir.
Allah rəhmət eləsin!