Daha bir Şəhidimiz Zərdab rayonunda dəfn ediləcək

Birinci Qarabağ müharibəsində itkin düşən, 31 il sonra  kimliyi müəyyənləşdirilən şəhid Abbasov Abuzər Tənzil oğlu 16.05.2025 çi ildə doğulduğu Zərdab rayon Yuxari Seyidlər kəndində dəfn olunacaq.

Bu barədə Avropa.info-ya Zərdab rayon icra hakimiyyətindən məlumat verilmişdir.

Qeyd edək ki, Abbasov Abuzər Tənzil oğlu 08.10.1972-ci ildə Zərdab rayonu Yuxarı Seyidlər kəndində anadan olub, 06.01.1994 -çü ildə Zərdab RHK tərəfindən hərbi xidmətə çağırılmış , 26.01.1994- çü ildə Fizuli Rayonunun Aşağı Abdurəhmanli  kəndi uğrunda gedən döyüşlərdə Şəhid olmusdur. Nəşi işgal olunmuş ərazidə qalmışdır.

Allah rəhmət eləsin.