Deputat müraciət etdi, Xızı Mərkəzi Xəstəxanasına təcili tibbi yardım maşını ayrıldı

Azərbaycan Respublikası Milli Məclisinin deputatı olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ünvanladığımız müraciət əsasında Xızı rayonu Mərkəzi Xəstəxanasına təcili tibbi yardım maşını ayrılmışdır. Məlumat üçün bildirək ki, Xızı rayonunda sakinlərin Təcili yardım stansiyasına müraciəti zamanı operativ xidmət göstərmək, həmçinin vətəndaş məmnunluğunu təmin etmək üçün əlavə təcili yardım maşınına ehtiyac yaranmışdır. Ərazinin böyük, dağlıq olmasını nəzərə alsaq səhiyyə sistemində xidmətin yaxşılaşdırılması üçün bu məsələnin həlli zəruri idi. Sevindirici haldır ki, etdiyimiz müraciətə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyev və sədr müavini Nigar Bayramova tərəfindən dərhal reaksiya verilərək təcili yardım maşınının ayrılması ilə bağlı qərar verilmişdir. Bununla bağlı olaraq həm öz adımdan, həm də Xızı rayon sakinləri adından dərin təşəkkürümü bildirirəm.

Müşfiq Məmmədli 
Milli Məclisin deputatı