Deputatdan şadlıq saraylarına İRAD - Şəhadətnamə verilən zaman...

Azərbaycanda toy mədəniyyəti çox önəmlidir, lakin xərclərin əndazəni aşması problemi diqqət çəkir. Milli ənənələrimizi qorumaqla yanaşı, iqtisadi baxımdan da israfçılığa yol verilməməlidir.

Sabahinfo.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bu gün keçirilən plenar iclasında səsləndirib.

Deputat bildirib ki, şadlıq saraylarında yüksək səslə musiqi problemi də ciddi narahatlıq doğurur. O qeyd edib ki, yüksək səs uşaqlara və qocalara ziyan vurur.

"Avropada bu məsələ ilə bağlı xüsusi standartlar mövcuddur. Bizdə isə musiqi səsi təhlükəli səviyyədə eşidilir. Təklif edirəm ki, şadlıq evlərinin lisenziyalaşdırılması zamanı bu məsələ də nəzərə alınsın. Beləliklə, toylarımız dünya səviyyəsinə uyğunlaşar", – deyə Razi Nurullayev əlavə edib.