Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Xəbər verildiyi kimi, Eko Aləm İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 1 may 2026-ci il tarixindən “Azərbaycan endemləri barədə məlumatlılığın artırılması” layihəsini icra edir. Layihənin əsas məqsədi – iqlim dəyişikliyi ilə kəskinləşən səth sularının çirklənməsi kimi qlobal ekoloji problemin həllinə kömək etməkdir. Bu səbəbdən də layihə işində Azərbaycan ərazisində yerləşən bir sıra göllərin hidroloji vəziyyəti, göl səth sularının və sahilyanı ərazilərin plastik tullantılarla çirklənməsi, zibillənməsi problemini araşdırmaq və ictimaiyyətin məlumatlığını artırmaqla ətraf mühitlə bağlı maarifləndirməkdir.
Eko Aləm ictimai birliyi icra planına uyğun olaraq Hacıqabul və Salyan rayonu ərazisində yerləşən Hacıqabul və Çala gölləri ilə bağlı araşdırmalarını həyata keçirtmişdir.

Hacıqabul gölü

İlk olaraq təşkilat üzvləri Hacıqabul rayonuna səfər etmişdir. Rayona gəldikdən sonra öncə Hacıqabul rayon İcra Hakimiyyətinə getdik. İcra Hakimiyyətində bizi Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektoru Şöbə müdirinin müavini – sektor müdiri Qasımov Aqil Rasim oğlu qarşıladı. Bizimlə tanışlıqdan və gəlişimizin məqsədini öyrəndikdən sonra bizimlə birgə məlum Hacıqabul gölünün yerləşdiyi susuz, qurumuş gölün sahilyanı ərazisinə getdik. Aqil müəllim bizə gölün yaranma tarixi, əvvəlki və indiki vəziyyəti barədə geniş məlumatlar verdi və bizi maraqlandıran sualları cavablandırdı. Hacıqabul gölü Hacıqabul rayonu və Şirvan şəhərinin ərazisində Şirvan düzünün şimal hissəsində, Kür çayının sol tərəfində yerləşir. O, bildirdiki, Hacıqabul gölü Kür çayının vaxtaşırı daşması və Xəzər dənizinin çəkilmələri nəticələri yaranmışdır. Artıq uzun illərdir Hacıqabul gölünün quruması və onun bərpası ilə bağlı məsələlər gündəmdədir. Hamıya məlumdur ki, 30 ilə yaxın bir müddətdir ki, Hacıqabul gölündə ekoloji fəlakət baş verib. Demək olar ki, göl təmamən quruyub. Gölə su vaxtı ilə Qarasudan və Kür çayından buraxılırmış. Cənub hissəsində şorşor kanalı vasitəsilə Kür çayı ilə birləşirmiş. Gölün ətrafı bataqlıq və qamışlıqlardan ibarət olub. İndi isə bu gölün vəziyyəti acınacaqlı hala düşüb. Kür çayının suyunun son illərdə azalaraq çəkilməsi bu gölün təmamən qurumasına səbəb olmuşdur. Hacıqabul gölü köçəri quşların miqrasiyası dövründə onların müvəqqəti istirahəti və bataqlıqda yaşayan su quşlarının, o cümlədən, nəsli kəsilməkdə olan növlərin yuva qurmaları çox əlverişli şəraitə malik olub. O bildirdi ki, Şirvan Elektrik Stansiyasının ilıq suları da bu gölə töküldüyündən göldəki su qışda donmurmuş və bu da köçəri quşlar üçün çox əlverişli bir məkana çevrilibmiş. Dərinliyi 5 metr, suyu ilıq olan bu göldə mamırların və onurğasızların bol olması quşlar üçün bol yem bazasına çevrilibmiş. Gölün forma etibarilə oval şəklində olması sayəsində onun sahilindən ortasına qədər məsafəni böyük edirmiş ki, bu isə quşların özlərini qoruya bilməsi üçün mühüm şərait yaradır. Göldə ovçuluq və balıqçılıqla məşğul olmaq üçün şərait olub ki, bu da yerli əhali üçün gölü olduqca əhəmiyyətli edibmiş. Təəsüf ki, iqlim dəyişiklikləri və antropogen amillər bu gölün qurumasına gətirib çıxardıb və göl tamamən quruyub.

Gölün ətraf mühit və bölgənin biomüxtəlifliyi üçün əhəmiyyəti böyükdür. Lakin son illərdə gölün qidalanma kanallarındakı problemlər və iqlim dəyişiklikləri səbəbindən suyu çəkilmiş, tamamilə quruyaraq yabanı ot basmış əraziyə çevrilmişdir. Hazırda ekoloji tarazlığın bərpası və gölün qurumasının qarşısının alınması istiqamətində müxtəlif tədbirlər görmək üçün hazırlıqlar görülür.
“Hacıqabul gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması və ərazidə ekosistemin bərpası üzrə Kompleks Tədbirlər Planı”-nın layihəsi hazırlanaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim edilmişdir.
Buna baxmayaraq hər kəs, xüsusən də yerli əhali bu gölün yenidən canlanmasını səbirsizliklə gözləyir. Artıq bu sahədə bir sıra tədbirləri görmək üçün hazırlıqlar gedir. Ümüd edirik ki, yaxın gələcəkdə Hacıqabul gölündə həyat yenidən canlanacaq.

Çala (və ya Qızılqaz) Gölü
Eko Aləm ictimai birliyi icra planına uyğun olaraq ikinci tədbirini 25 may 2026-cı il tarixində Salyan rayonu ərazisində yerləşən Çala gölü ilə bağlı araşdırmalarını həyata keçirtmişdir. Bəndovan Dövlət Yasaqlığının və Şirvan Dövlət Təbiət Qoruğunun ərazilərində yerləşən Çala gölünün sahəsi 100 hektardan çoxdur və onun dərinliyi 0,3-1,0 m çatır. Azərbaycan hökumətinin xüsusi 30 aprel 1969-cu il tarixli müvafiq qərarı ilə 17700 min hektar sahədə Şirvan Dövlət Təbiət Qoruğu yaradılmışdır. Hazırda qoruğun sahəsi 4657 hektardır. 1982-ci ildə qoruğun sahəsi genişləndirlərək 25761 hektara çatdırılmışdır. 2003-cü ildə Şirvan Dövlət Təbiət Qoruğunun bazasında və ətraf ərazilərində Şirvan Milli Parkı yaradılıb. Hazırda Parkın sahəsi 6232 hektardır.

Çala gölü – Salyan rayonu ərazisində yerləşən bölgənin mühüm su-bataqlıq ekosistemlərindən biridir. Bataqlıq – səthin ifrat dərəcədə rütubətlənərək tam çürüməmiş üzvi maddələrin toplandığı sahəsinə deyilir. Bataqlıq müxtəlif yolla-sututarlarında suyun azalması və quruması, yeraltı suların səthə çıxması, çay daşqınları nəticəsində quru sahələri su basması və s. yolla əmələ gəlir. Belə yerlərdə bataqlıq tipli torpaqəmələgəlmə prosesi gedir.
Azərbaycanda özünəməxsus qamış bataqlıqlarına Kürçayı boyu, Lənkəran və Samur-Dəvəçi düzənliklərində, magistral kanalların kənarında rast gəlinir. Bataqlıqlar həşəratlar, amfibiyalar, balıqlar və xüsusilə miqrasiya edən su quşları üçün əvəzolunmaz qidalanma və çoxalma məskənidir. Azərbaycanda mövcud olan su-bataqlıq əraziləri, o cümlədən Ağgöl və Qızılağac Milli Parkları beynəlxalq əhəmiyyətə malikdir və Ramsar Konvensiyasına (“Beynəlxalq Əhəmiyyətli Su-Bataqlıq Əraziləri haqqında Konvensiya”) daxil edilmişdir. Onların qorunması və bərpası su ehtiyatlarının və nadir quş növlərinin mühafizəsi üçün böyük önəm daşıyır.

Çala gölündə qamış və digər su bitkiləri yaxşı inkişaf etmişdir. Həmin gölün köçəri su-bataqlıq quşları üçün çox böyük əhəmiyyəti vardır. Qoruğun ərazisində əsasən yovşanlı yarımsəhra, şoranotlu yarımsəhra, yovşan-şoranotlu yarımsəhra, qismən də səhra, çəmən-çala və qumluq bitkiləri yayılmışdır. Şirvan Dövlət Təbiət Qoruğu yarımsəhra zonasında yerləşsə də, heyvanlar aləmi çox zəngindir. Burada xeyli miqdarda məməlilər, sürünənlər və suda-quruda yaşayanlar vardır. Qoruqda ceyran, qunduz, çöl donuzu, dovşan, Xəzər suitisi, canavar, çaqqal, tülkü, porsuq və s. heyvanlar məskunlaşmışdır. Qoruq ərazisində oturaq və köçəri quşlar daha çoxdur.
Çala (və ya Qızılqaz) gölü Şirvan Milli Parkının əsas su mənbələrindən biri kimi, parkın quru iqlimində ceyranların su təminatında həyati rol oynayır. Parkın şərqində yerləşən bu göl və ətrafdakı kanallar, xüsusən qış aylarında donmayaraq ceyranların və digər fauna növərinin su ehtiyacını qarşılayan əsas ekoloji faktorlardan biridir. Bu göl Salyan rayonunun cənub-şərqində, əsasən Şirvan Milli Parkının yaxınlığında və ya daxilində yerləşir. Göl Kür çayının qədim yatağının dəyişməsi və qrunt sularının toplanması nəticəsində yaranan axmaz tipli göldür. Ekoloji əhəmiyyəti köçəri quşların məskəni olduğu üçün böyükdür. Çala gölü və ətrafındakı sulu sahələr beynəlxalq əhəmiyyətli “Ramsar konvensiyası” meyarlarına yaxın xüsusiyyətlər daşıyır. Bura qışlama dövründə minlərlə köçəri quşun (qazlar, ördəklər, flaminqolar) dayanacaq məntəqəsidir. Azərbaycanın “Qırmızı Kitabı”na düşmüş bəzi su quşlarına burada rast gəlinir. Əsasən Kür çayından ayrılan qollar, drenaj suları və yağış suları ilə qidalanır. Çay və bulaqların olmadığı yarımsəhra ərazidə, Çala gölü və ona yaxın kanallar ceyranların daimi suvarılmasını təmin edir. Göldə suyun qış aylarında donmaması, ceyranların ilboyu su sığınacağı ilə təmin olunması baxımından kritik əhəmiyyət kəsb edir. Göl ətrafındakı rütubətli çala-çəmən bitkiləri ceyranların qidalanması və gizlənməsi üçün də əlverişli mühit yaradır. Milli Parkın yaradılması ilə bu su mənbələrinin mühafizəsi ceyranların populyasiyasının bərpasına və saylarının artmasına şərait yaratmışdır.

Dünyada baş verən İqlim dəyişikliyi və Kür çayında suyun səviyyəsinin ötən illərdə azalması Çala gölünə də mənfi təsir göstərirdi. Yay aylarında buxarlanma nəticəsində sahəsi xeyli daralırdı. Suyu orta dərəcədə şordur, lakin ətrafındakı bitki örtüyü (qamışlıqlar) suyun filtrasiyasında rol oynayır. Məlumatlarda deyildiyi kimi Müəyyən dövrlərdə qanuni çərçivədə ovçuluq üçün istifadə edilsə də, ekoloji statusuna görə ciddi nəzarət altındadır.
Bölgəyə səfər zamanı müəyyən çətinliklərlə rastlaşsaqda Milli Parkın ərazisinə daxil ola bildik. Park müdiriyyəti bu gölün süni yaradıldığını israrla bildirir və bizi əraziyə buraxmaq istəmirdi. Halbuki, gölün süni yaradıldığı barədə internetdə heç bir məlumat yoxdur və onun necə yarandığı barədə məlumat yuxarıda qeyd edilmişdir. Doğrusu gölün süni və təbii olmasının məsələyə heç bir aidiyyatı yox idi. İndiki dövrdə iqlim dəyişikliyinin getdiyi bir vaxtda dünyanın yaxın gələcəkdə su qıtlığı gözlədiyi bir dövrdə bütün su tutarlarının böyük əhəmiyyəti vardır və onları mühafizə etmək hər kəsin borcudur. Əəslində bu ərazi hər yerdə göl kimi qeyd edilir və mühüm su tutarıdır. Ekosistem üçün də böyük əhəmiyyətə malikdir. Müəyyən danışıqlardan sonra bizə yalnız turist kimi ödənişlə və turist marşurutu ilə getməyimizə icazə verildi. Milli Parkların girişinin ödənişli olduğunu onsuzda biz bilirdik və buna da hazır idik. Parkın ərazisinə giriş, çəkiliş və xidməti rencer maşını üçün də ödəniş etdik. Ödənişlərimizi etdikdən sonra kiraladığımız rencer maşını və bələdçi Qəmbərov Hikmətin müşayəti ilə əraziyə getdik. Monitorinq metodologiyasına uyğun heç bir anlaşılmamazlıq və mübahisə yaratmadan yalnız müəyyən olunmuş və icazə verilmiş marşrutlarla hərəkət etdik. Təbiəti müşahidə etmək üçün yaradılmış məkanlardan həm ətraf əraziləri həm də Çala gölünü müşahidə edə bildik. Biz problemlə bağlı müraciət etdiyimiz quraqlıq dövründən bəri, bir ilə yaxın zaman keçmişdi. İndi bölgədə bol yağışlı bir dövr yaşanır. İqlim dəyişikliyinin hazırda dünyada yaratdığı surprizləri biz ölkəmizdə də yaşayırıq. Ətraf mühitdə baş verən bol yağışlı günlər səbəbindən gölün hidroloji vəziyyəti, su səviyyəsi normal hesab etmək olardı. Göldəki su olduqca ekoloji təmiz görünürdü. Hazırda yaşadığımız bu ilki yazın bol yağıntyılı günlərlə keçməsi gölün ekosisteminə müsbət təsir göstərmiş və su balansını da əlverişli səviyyədə etmişdir. Gölün ətrafdakı qamışlıq və bataqlıq ərazilərinin bol olması gölün ekosisteminin nə qədər sağlam olmasını sübut edirdi. Hətda göldə öz baları ilə üzən qu quşlarını da müşahidə edə bildik. Parkın ərazisində olan ceyranların firavan bir şəkildə gəzməsini də seyr edə bildik. Bulunduğumuz ətraf ərazilərdə küləyin və yaxud da digər səbəblərdən göl səth sularının və sahilyanı ərazilərin plastik tullantılarla çirklənməsi, zibillənməsinə də rast gəlindədi.