Əminə Ağazadə seçiciləri ilə görüşüb

Milli Məclisin deputatı Əminə Agazadə Kürdəmir rayonunda səfərdə olarkən bir qrup seçiciləri ilə görüş keçirib. Görüş zamanı vətəndaşların ərizə və müraciətlərinə baxılıb, şikayətləri dinlənilib. Daxil olmuş müraciətlərin həll edilməsi istiqamətində konkret tapşırıqlar verilib.

Onu da bildirək ki, 

Millət vəkili Əminə Ağazadə Kürdəmir rayonunun Atakişili, Şıxımlı, Yenikənd və Mürtülü kəndlərində şəhid ailələri ilə görüş keçirib. Deputat şəhid valideyinlərinə başsağlıığı verərək Kürdəmirin igid övladlarının müqəddəs xatirəsinə dərin ehtiramını bildirib. Görüşdə şəhid ailələrinin istək və arzuları dinlənilib, mövcud problemlərln həlli istiqamətində konkret tapşırıqlar verilib.

Deputatın şəhid ailələri ilə görüşündə kənd icra nümayəndələri, bələdiyyə sədrləri və Kürdəmir rayon İcra Hakimiyyətinin məsul işçiləri də iştirak etmişlər.