Fikrət Qoca: “Müalicəm evdə davam edəcək”

"Özümü yaxşı hiss edirəm, narahatlıq yoxdur. Evdəyəm, hələ işə çıxa bilmirəm. Mənə görə narahat olan, zəng vurub səhhətimlə maraqlanan hər kəsə təşəkkür edirəm”. Bunu xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qoca deyib. 
Onun sözlərinə görə, İstanbuldakı müalicəsi tam başa çatıb: "İndi müalicəm evdə davam edir. Həkimlər iynə-dərman yazıblar, bir müddət ev şəraitində müalicə alacağam, sonra həkimə təkrar müraciət edəcəyəm. Səhhətimdə ümumi zəiflik var, bir müddətdən sonra inanıram ki, o da çəkilib gedəcək, yenə əvvəlki kimi sağlam olacağam”. F.Qoca əlavə edib ki, müayinə üçün yenidən İstanbula getməyəcək.
 
Qeyd edək ki, F.Qoca fevralın 10-da infarkt keçirib. Onu müalicə olunmaq üçün İstanbula aparıblar.