Niderlandda relsdən çıxan metro qatarı heykəl sayəsində suya düşməkdən xilas oldu - VİDEO

Niderlandda relsdən çıxan metro qatarı heykəl sayəsində suya düşməkdən xilas olub.

Bu barədə "Sputnik” xəbər yayıb.

Bildirilir ki, hadisə Rotterdamın Speykeniss şəhərində "De Akkers” terminal stansiyasında baş verib: maşinist idarəetməni itirib, nəticədə qatar stansiyanın hasarını aşaraq, onun ərazisindən çıxıb.

Ancaq balina quyruğu şəklində heykələ ilişən qatar kanaldan on metr məsafədə havada qalıb.

[[MEDIA_0]]

Qatarda sərnişin olmayıb. Sürücünün özü fövqəladə hadisə nəticəsində xəsarət almayıb.

O da vurğulanır ki, heykəltəraş Martin Streysin "Balina Quyruğu” əsəri 2002-ci ildə hazırlanıb.