Milli Məclisin deputatı Nəsib Məməməliyev SABAHİNFO.AZ saytına müsahibə verib. Həmin müsahibəni diqqətinizə çatdırırıq.
- Nəsib müəllim ilk öncə müsahibə üçün bizə vaxt ayırdığınıza görə sizə təşəkkür edirik. Bildiyiniz kimi cəbhədə gərgin döyüşlər gedir. Azərbaycan ordusu uğurlu əməliyyatlar həyata keçirir. Bununla bağlı Sizin fikirlərinizi öyrənmək istərədik. Bugünkü gün həm cəbhədə, həm cəmiyyətimizdə müharibə ab-havası necə sezilir?
-
Sağ olun, mən də təşəkkür edirəm. Ancaq ilk növbədə ən böyük təşəkkürü cənab
Prezidentə, Ali Baş Komandanımıza etmək istəyirəm. Ona görə ki, cənab Prezident İlham Əliyev Azərbaycan xalqının qürurunu özünə qaytardı. Azərbaycan xalqına XXI əsrdə belə tarixi qələbələri yaşamaq şansını verdi. Azərbaycanın dövlətçilik
tarixində xüsusi qızıl həriflərlə hərb tarixini yazdı. Bütün bunlar təbii ki,
Azərbaycan xalqının öz liderinə olan inamının, etibarının baris nümunəsidir. 30
il ərzində etiraf etməliyik ki, hər bir azərbaycanlı istər daxildə, istər
xarici ölkələrdə digər millətlərinin nümayəndələri ilə münasibətdə hər zaman bir
daxili kompleks hissi ilə yaşayıb. Vətəndaşlarımız 20 faiz torpaqlarımızın
itkisi ilə barışa bilməyib, özünü təhqir olunmuş hesab
edib. İkinci bir tərəfdən hər bir Azərbaycan vətəndaşında bütün bu yaşanan
faciələrə, iztirablara, minlərlə şəhidlərə, bir milyondan artıq məcburi köçkün,
qaçqınlara görə, beynəlxalq təşkilatların, dünya güclərinin
soyuqqanlı münasibəti və münaqişəni həll etməli olan təşkilatların
fəaliyyətsizliyi gələcəyə olan inamını itirmişdi. Təbii ki, bütün bu
kompleksləri, natamamlıq hissini Ali Baş Komandanımız aradan götürdü. Ona görə
ən böyük təşəkkür Prezidentimizə düşür. Və 60-a yaxın yaşayış məntəqəmizin
düşməndən azad olunması, elə-belə azad olunması yox, məhz çox ağıllı,
düşünülmüş strateji plan əsasında olduqca ağıllı, düşünülmüş, təhlil olunmuş
taktiki addımların həyata keçirilməsi nəticəsində bu torpaqları biz azad
elədik. Proses davam edir və azad eləməklə yanaşı uzun illər məğlubedilməz
erməni ordusu, sonralar bu küçə siyasətçisi Paşinyanın ifadəsi ilə desək
intellektual ordusunu darmadağın elədik. Bu kolxoz təfəkkürlü Paşinyanın bütün
fikirlərini həm erməni xalqı
ilə, həm erməni ordusu ilə bağlı tam alt-üst elədik və bütün dünyada Paşinyanı, ondan əvvəlkiləri
də, bütövlükdə erməniləri biabır etdik. Bu biabırçılığın
kökündə, yenə də təkrar edirəm xalqın öz liderinə olan inam, etibar dayanır.
Təsəvvür edin siyasi əqidəsindən, cəmiyyətdə tutduğu statusdan asılı olmayaraq
hər bir kəs, böyükdən-kiçiyə Prezidentin ətrafındadır, ona dəstək verir. Bütün
digər texniki vasitələrlə bərabər, güc strukturları ilə bərabər olduqca böyük
bir şərtdir, qələbəni şərtləndirən amildir. Mən bunu çox yüksək
qiymətləndirirəm və Azərbaycan xalqı yeni-yeni qələbə xəbərlərini cənab
Prezidentdən gözləyir.
- Bu məğlubiyyətlərdən
sonra belə deyək erməni xalqı özündə bir təpər tapıb Paşinyanı hakimiyyətdən
devirməsilə bağlı nəsə bir plan qura biləcəkmi. Və eyni zamanda Ermənistanda yeni
bir siyasi düzəmin gözləmək olarmı?
- Normal məntiqlə bu belə olmalı idi. Çünki Paşinyan son
dövrlərin verdiyi müsahibələrinə, hərbi döyüşlər başlayandan sonra çoxsaylı
xarici ölkələrin dövlət başçılarına, liderlərinə yalvarış zənglərilə və təzadlı
fikrilərilə, təzadlı bəyanatlarıyla mən düşünürdüm ki, ilk növbədə erməni xalqı
xəcalət hissi çəkir ki, belə bir təsadüfi kolxoz təfəkkürlü gəlib onların
başçısı olub. Amma təcrübə göstərdi ki,
ermənilər bir millət olaraq xəstələniblər. Mənə elə gəlir ki, məsələnin kökündə
bu durur. Çünki erməni ideoloqları tarix boyu öz xalqına yalanlar danışıblar. Uşaq dünyaya gələn zaman ona ən kiçik yaşlarından belə saxta tarixlə bağlı o qədər uydurmalar uydurublar və
eyni zamanda qonşu ölkələrə bir coğrafiyada yaşayan xalqlara qarşı, əsasən
Türkiyə, Azərbaycan xalqlarına qarşı nifrət ruhunda böyüdüblər. Tarixdə heç
vaxt olmayan böyük Ermənistan dövlətilə bağlı uydurmalar danışıblar,
yazıblar və bunu təbliğ ediblər. Bütöv nəsillər bu saxta uydurmaların
nəticəsində böyüyüb. Bunlara elə gəlir ki, doğrudan da tarixdə çox böyük
dənizdən dənizə böyük Ermənistan olubdu və erməni xalqı dünyanın ən qədim, ən mədəni xalqıdır və dünyada müsbət nə varsa, erməni xalqı
tərəfindən yaradılıb. Bunlar qeyri-adi bir millətdir. Bu baxımdan millətin
psixoloji xəstəliyi var. Mən "Facebook”da bununla bağlı bir status paylaşmışam.
Nə qədər ki, ermənilər özündə güc tapıb, bu saxta tarixi faktlardan imtina etməyiblər, saxta təbliğatdan, qonşu ölkələrin millətlərinə qarşı
düşmənçilik siyasətindən əl çəkməyiblər, qonşu dövlətlərin ərazi bötüvlüyünə
göz dikirlər erməni xalqı heç vaxt xoşbəxt olmayacaq, erməni xalqı
heç vaxt normal dövlət qura bilməyəcək. Normal təfəkkür onu deyirdi ki, bu ağır
məğlubiyyətlərdən sonra Paşinyanı hakimiyyətdən atacaqlar. Amma bir həqiqət də
var ki, hələ onlar öz xalqından çox məsələləri əsasən də itkilərlə bağlı statistikanı gizlədirlər. Hesab edirəm
ki, qurtarandan sonra o itkilər aradan qalxandan sonra Paşinyan özü-özünü
güllələyəcək. Amma bir azərbaycanlı kimi tam səmimi onu da deyim ki, şəxsən
bizə Paşinyanın müharibə qurtarana kimi orda qalması hələlik məsləhətdir.
- Ümumilikdə Siz necə
düşünürsüz müharibə qısa bir zamanda yekunlaşa bilərmi?
-
Yenə də qayıdıram normal məntiqə. Normal məntiqlə hərbi qələbələr danışıqlar masasına
oturmağı şərtləndirməli idi. Yəni real vəziyyət
ondan ibarətdi ki, erməni ordusu Azərbaycan ordusunun qarşısında heçnədir.
Baxmayaraq ki, yaxın Şərq ölkələrindən muzdluların ora gətirilməsi, hətta Fransadan, ayrı-ayrı ölkələrdən muzdlu terrorçuların PKK kimi terror təşkilatının
nümayəndələrinin ora gəlməsi üçün kifayət qədər faktlar mövcuddur. Ancaq buna
baxmayaraq, ermənilər faktiki olaraq heç nə edə bilmirlər və indi ümumi
səfərbərlik elan ediblər qoca kişiləri cəbəhəyə gətirirlər. Və ondan əvvəl də
qəribə bir qadın batalyonunu
yaratmışdılar. Bu onların resurslarının tükəndiyini
göstərən bir amildir. Eyni zamanda nəzərə alsaq ki, qısa zamanda bir milyard
dollardan yuxarı bütün hərbi texnikasını Azərbaycan ordusu məhv elədi. Buna
görə normal məntiqlə danışıqlara başlanılmalı idi. Ancaq burda xarici bir
faktorları nəzərdən qaçırmamalıyıq. Çünki Paşinyanı hakimiyyətə gətirən
qüvvələr hələ də ondan nəsə umurlar. Burada
geopolitik
şərtlər var. Geopolitik şərtlər hələ imkan vermir ki, Paşinyan hakimiyyətdən
getsin. Amma yaxın zamanda inşallah Azərbaycan əsgərinin səyi nəticəsində
Paşinyan özü-özünü güllələyəcək.
- Beynəlxalq təşkilatlarlara davamlı müraciətlər olur. Milli Məclis, eyni zamanda Prokrorluq, Ombudsman və digər
aidiyyatı qurumlar hərə öz çərçivəsində erməni torruru ilə bağlı müraciətlər edir. Amma
təəssüf ki, beynəlxalq təşkilatlardan hələ bir advekat cavab görə bilmirik.
Bununla bağlı biz hansı addımlar atmalıyıq?
-
Azərbaycan düşmənə qarşı həyata keçirdiyi əməliyyatlarda öz siyasətini, əsasən də imformasiya siyasətini düzgün qurub. Eyni zamanda xüsusi qeyd
eləmək istəyirəm ki, cənab Prezidentin ayrı-ayrı ölkələrin xəbər agentliklərinə
verdiyi müsahibələrin hər birisi bir diplomatiya məktəbidir. Yəni gündən-günə
biz daha da çox müsbət mənada təəccüblənirik. İnsanın daxili potensialına,
dünyada gedən proseslərə nə qədər doğru təhlil etmək bacarığına və Azərbaycan
həqiqətlərini dünyaya çatdırmağına. Bu informasiya sahəsində çox böyük addımdır.
Mən bir faktı diqqətinizə çatdırmaq istəyirəm. Trampdan sonra Tvitter izləyiciləri sayına görə ikinci yerdə cənab
Prezident İlham Əliyevdir, üçüncü yerdə Ərdoğandır. Bu heç bir mətbuatda
yazılmayıb. İndi bütün proseslərlə bağlı ermənilərin bizim mülki şəhərlərimizi
Gəncəni, cəbhəyanı bölgələrdə Tərtəri, Goranboyu, Naftalanı, Tovuzu, Füzulini,
Horadiz şəhərini, Mingəçeviri, Xızını, Abşeronu bombalaması ilə bağlı hər bir
fakt üzrə ayrı-ayrılıqda cinayət işi qaldırılıbdı. Hər bir fakt
hüquq-mühafizə orqanları
tərəfindən sənədləşdirilib. Konkret olaraq Gəncə şəhərində, Tərtərdə,
Mingəçevirdə baş vermiş dağıntılarla, mülki vətəndaşların ölümü, yaralanması ilə müşayiət olunan hadisələr birbaşa Azərbaycanda təmsil olunan bütün
xarici ölkələrin səfirliklərin, diplomatik korpusun, beynəlxalq təşkilarların
nümayəndələrinin iştirakı ilə sənədləşdirilibdi. Və Ermənistan bizdən fərqli
olaraq bir belə hal göstərə bilməz. Tərtərdə baş vermiş
dəfn mərasimində qəbiristanlığın
bombalanması bu o deməkdir ki, dünyada ikinci belə vəhşi, əzazil, qəddar millət
ola bilməz. Bu qeyri-adi bir düşməndir. Dəfn mərasimini bombalamaq heç bir
beynəlxalq konvensiyalara, beynəlxalq hüquq norma prinsiplərinə uyğun gəlmir. Ümumiyyətlə
cəzalanmalı hərbi cinayətlərdir. Amma təəssüf doğuran odur ki, bütün bu
proseslərə və cinayətlərə beynəlxalq təşkilatlar görməməzlikdən gəlir. Çox
təəssüflər olsun ki, vaxtında reaksiya vermilər və yaxud da ki, ikili
standartlara görə, özlərinin kooperativ maraqlarına görə ya susqunluq nümayiş
etdirirlər, ya da ki, növbətçi fikirlərlə işlərini bitmiş hesab edirlər.
- Sonrakı dövrlərdə ən azı
belə bir qərarın, qətnamənin verilməsi
gözlənilərmi. Yoxsa bu məsələ belə də
qapanıb gedəcək?
-
Yox, bu məsələlər belə qapanmayacaq. Hesab edirəm ki, biz dövlət olaraq öz
işimizi görməliyik. Heç kimin ağlına gəlməzdi ki, III Reyxin belə bir
çiçəklənmiş dövründə cəmi 3-4 ildən sonra onların hər birisi nühüm bir prosesində,
Qarabağ ehtimalında cavab verəcəklər. Yəni dünyada hər şey ola bilər. Bütün bu
cinayətlər sənədləşdirilməlidir, cinayət işi açılmalıdır və lazım gələn anda
biz onlardan istifadə etməliyik.
- Balakənddə ab-hava
necədir, yerlərdə seçicilərinizlə münasibət saxlayırsınızmı?
-
Balakəndə də Respublikanın hər yerində
olduğu kimi olduqca yüksək vətənpərvərlik hiss olunur. Baxmayaraq ki, şəhidlərlərimiz
var. Kifayət qədər balakəndli könüllü şəkildə cəbhədə vuruşur. Şəhidlərin dəfnində çıxışlarda, onların valideynlərinin, yaxınlarının
fikirləri ilk növbədə Vətən təəssüfkeşliyi olması, şəhidlərin Vətənə qurban
olması ilə bağlı fikirləri təbii ki, hər birimizi qürurlandırır. Seçicilərlə
bağlı bizim əyani şəkildə tədbirdə iştirak etmək imkanımız yoxdur, gedə
bilmirik. Lakin seçicilərlə gündəlik və fasiləsiz əlaqələr
var. Yəni köməkçilər vasitəsilə biz bu prosesi həyata keçiririk. Onların istənilən problemləri, ehtiyacları ilə bağlı hər gün rayonda iş aparılır.
- Müharibə şəraitində təkcə ələ silah alıb vuruşmaq deyil, eyni zamanda arxa cəbhədə də
fəaliyyət daha önəmlıidir. Maraqlıdır millət vəkili kimi siz arxa
cəbhədə nə işlər görürsünüz?
- Birincisi biz sosial şəbəkələrlərlə işləyirik. Həm "Facebook”, həm tvitter, həm Kütləvi İnformasiya Vasitəsitələrinin imkanlardan istifadə edirik. İkincisi Vətən torpaqları uğrunda şəhid olmuş insanlara əlimizdən gələn köməklik edirik. Üçüncüsü seşicilərin və müharibəyə getmiş, müharibədə iştirak edən insanların, imkansız ailələrin, əlillərin, tək-tənha insanların problemlərini həll eləyirik. Yəni bir millət vəkili olaraq yox, bir balakəndli kimi, bir vətəndaş kimi hər hansı bir reklamdan uzaq, maksimum çalışırıq ki, onların hər birisinin dərdinə şərik olaq.
Ədil Ədilzadə