Daxili işlər naziri, general-polkovnik Ramil Usubov aprelin 29-da Göyçayda vətəndaşları qəbul edəcək.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənverilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsində keçiriləcək qəbul saat 10:00-da başlayacaq. Qəbulda Göyçay, Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Ağdaş şəhər və rayonlarının sakinlərini iştirak edəcək.
Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər. Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.